Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri “Gözlərə nur verək” devizi altında Tovuzda sakinlərə səyyar xidmət göstərib. Azərtac xəbər verir ki, müraciət edən vətəndaşlar profilaktik yoxlamadan keçirilərək, onlara diaqnoz qoyulub və müalicə təyin olunub. Əməliyyata ehtiyacı olanlardan isə laborator analizlər götürüldükdən sonra cərrahiyyə əməliyyatı aparılıb. Aksiya iştirakçılarında daha çox katarakt, refraksiya patologiyası kimi göz xəstəlikləri aşkar olunub. Onlardan 20-sinin gözündə kataraktın ekstraksiyası əməliyyatı aparılıb. Səyyar xidmət zamanı mümkün olmayan əməliyyatlar Milli Oftalmologiya Mərkəzində aparılması üçün qeydə alınıb. İki gün davam edən sağlamlıq aksiyasında 300-ə yaxın sakin müayinə olunub. Aksiyanın ölkəmizin digər regionlarında da keçirilməsi nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…