Oktyabrın 27-də “Grand Swiss-2021” turniri start götürüb

27 Oktyabr 2021 14:57

Xəbər 666 dəfə oxunub

Oktyabrın 27-də Riqada kişilər və qadınlar arasında nüfuzlu “Grand Swiss-2021” turniri start götürüb.Azərtac xəbər verir ki, İsveçrə sistemi üzrə keçiriləcək turnirdə kişilərin yarışında 108, qadınlar kateqoriyasında isə 50 şahmatçı mübarizəyə qoşulub. Yarışda kişi şahmatçılarımız Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Aydın Süleymanlı iştirak edəcəklər. On bir turdan ibarət turnirin reytinq favoriti ABŞ təmsilçisi Fabiano Karuanadır.“Grand Swiss-2021” turnirinə noyabrın 7-də yekun vurulacaq.xeber100.com