“Olimpiya Gündəliyi-2020” mövzusunda seminar-konfrans işə başlayıb

3 Oktyabr 2017 11:38

Xəbər 824 dəfə oxunub

Oktyabrın 3-də Bakıda Avropa Milli Olimpiya akademiyalarının iştirakı ilə “Olimpiya Gündəliyi-2020 və Olimpiya hərəkatının gələcəyi” mövzusunda seminar-konfrans işə başlayıb.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Ç.Hüseynzadə, Avropa Olimpiya Akademiyaları Assosiasiyasının prezidenti M.Leammer vitse-prezidenti M.Bulatova, MOK-un baş katibi A.Abıyev iştirak ediblər.Qeyd olunub ki, Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 25 illiyi ilə əlaqədar MDB, Baltikyanı ölkələr və Gürcüstanın Milli Olimpiya Komitələrinin Forumu və Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclası ölkəmizdə təşkil olunub. Bu da Azərbaycanda Olimpiya hərəkatının inkişafından xəbər verir. MOK-un 25 illik yubileyi münasibətilə silsilə tədbirlərə MOA-nın seminarının daxil olması da təsadüfi deyil. MOK Olimpiya hərəkatı, xüsusilə “Olimpiya Gündəliyi-2020”nin təbliği ilə fəal şəkildə məşğuldur. Buna görə də MOK-da “Olimpiya Gündəliyi-2020” Komissiyası işə başlayıb.xeber100.com