Yaponiyada cari ildə dünyanın hər yerindən bu Gündoğar ölkəyə təşrif gətirəcək idmançıların və digər qonaqların qarşılanması ilə əlaqədar son hazırlıq işlərinə başlanılıb.Azərtac xəbər verir ki, yarışların baş meydançası olacaq Tokio Milli Olimpiya stadionu artıq istifadəyə hazırdır. İnşaat işlərinin bir neçə il davam etdiyi yeni idman obyektində tikinti işlərinə ötən ay yekun vurulub. Təşkilat komitəsinin yaydığı məlumata əsasən, iyulun 24-də Milli stadionda Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Bundan sonra bu idman obyektində müxtəlif yarışların keçirilməsi nəzərdə tutulur.Xatırladaq ki, “Tokio 2020” Olimpiya Oyunlarında 33 idman növü üzrə 339 yarış təşkil olunacaq. Bunlardan da 5-i Olimpiya yarışlarına daxil edilən yeni idman növüdür və bu idman növləri üzrə 18 yarış keçiriləcək. Həmin idman növlərinə beysbol, softbol, skeytbordinq, serfinq, karate və idman dağa dırmanması daxildir. Təşkilatçıların qənaətinə görə, bu idman növləri Olimpiya azarkeşlərinin yeni nəslinin diqqətinə səbəb olacaq. Bu idman növlərindən bir neçəsinin “Paris 2024” Olimpiya Oyunlarına daxil edilməsi də nəzərdə tutulur.“Tokio 2020” Olimpiya Oyunlarının məşəli sakura ağacının çiçəyi əsasında düzəldilib.Hazırda dünyanın məşhur idmançıları Olimpiya və Paralimpiya Oyunlarına qatılmaq üçün müxtəlif yarışlarda lisenziya uğrunda mübarizə aparırlar. Onların sırasında azərbaycanlı idmançılar da var.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…