Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə növbəti dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilib.
Forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, elm və təhsil nazirinin müavini İdris İsayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri və inkişaf mentorları iştirak ediblər.
“Yenilikləri fürsətə çevir!” devizi ilə təşkil olunan builki forumun məqsədi karyera inkişafı üzrə yerli və qlobal nailiyyətləri, müasir yanaşmaları, rəqabətli mühitdə kadr ehtiyatının formalaşdırılması üçün effektiv ali təhsil strukturunun qurulması mexanizmlərini, daim dəyişən dünyada tələb olunan bacarıqları və karyera sahəsində müasir tələb-təklif trendlərini analiz edərək düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.
Forumda çıxış edən Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. O, gənclərin daim yenilənən əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara yiyələnməsinin, ixtisaslı işçi qüvvəsinin artırılmasının məşğulluq sahəsində mühüm hədəflərdən olduğunu qeyd edib.
Forumda məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərindən bəhs olunub. Son 5 ildə məşğulluq orqanları tərəfindən 1 milyondan çox şəxslə müxtəlif istiqamətlər üzrə iş aparıldığı, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi üçün aparılan işlər qeyd edilib. Peşəyönümü məsləhət xidməti sahəsində görülən tədbirlər diqqətə çatdırılıb.
Peşəyönümü məsləhət xidməti sahəsində bir sıra yeni layihələrin – “Alo Karyera”, “CV yarat” platformalarının önəmi vurğulanıb. Peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması istiqamətində işlərin də davam etdirildiyi bildirilib.
Qeyd olunub ki, bu forum əmək bazarının mövcud vəziyyəti, gələcəyin ən vacib əmək bacarıqları və onlara yiyələnmək yolları barədə məlumatlığı artırmağa, bu mövzuda dövlət, biznes və qeyri-hökumət sektorları üçün ortaq müzakirə platforması yaratmağa imkan verir.
İştirakçılara Azərbaycan Karyera İnkişaf Forumunun təşkilatçılığının əhəmiyyətli mərhələləri və forumun əmək bazarındakı gələcək inkişaf üçün mühüm rola sahib olması ətraflı şəkildə nümayiş etdirilib, forumun hesabat videosu yayımlanıb.
Bildirilib ki, indiyədək təşkil edilən forumlar zamanı iştirakçılar arasında keçirilən sorğuların statistikasına əsasən, ümumi məmnuniyyət göstəricisi 88 faiz olub. İştirakçılar forumda müzakirə edilən mövzuların məzmununun 95 faizini iş mühitində tətbiq edə biləcəkləri bilik, bacarıq və həll üsullarından ibarət olduğu üçün faydalı hesab ediblər.
Daha sonra forumun “Müasir dövrün dəyişən əmək bazarında universitetlərin rolu” birinci panelinə start verilib. “Effektiv universitet mexanizminin qurulmasına təsir edən amillər” mövzusu ilə Nişantaşı Təhsil İdarə Heyətinin üzvü Burak Kılanç, “Sosial tərəfdaş – universitet əməkdaşlığının qarşılıqlı faydaları” mövzusu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, “Tələbə və məzunların əmək bazarına çıxışını necə asanlaşdıraq?” mövzusunda isə Malayziya Sabah Fondu Universitetinin rektoru Rafiq İdris təqdimatlarla çıxış ediblər, panel üzrə müzakirələr və qiymətləndirmə keçirilib.
Tədbirin davamında “Dəyişən dünyada necə sağ qalaq?” və “İş dünyasının gələcəyi və dəyişən tələblər” adlı panellər üzrə yerli və xarici spikerlərin iştirakı ilə müzakirələr keçirilib.
Forumda müzakirə olunan mövzular üzrə tövsiyə sənədi hazırlanaraq universitetlərə, dövlət və özəl qurumlara təqdim olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…