Yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə şimaldan soyuq atmosfer cəbhəsi daxil olub. Respublikanın bəzi bölgələrində qar yağıb və qar örtüyü əmələ gəlib. Bakıda və Abşeron yarımadasında proses yağışla müşahidə olunub. Bu gün axşam saatlarından etibarən Abşeron yarımadasının bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağması gözlənilir. Yanvarın 24-dən 25-nə keçən gecə Bakıda və Abşeron yarımadasında temperaturun 0 dərəcəyə yaxınlaşması, hətta 1 dərəcə şaxta olması proqnozlaşdırılır. Sulu qarın yağması prosesi qısamüddətli olduğuna görə qar örtüyünün əmələ gəlməsi ehtimalı azdır.Azərtac xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva yanvarın 24-də keçirilən mətbuat konfransında məlumat verib.U.Tağıyeva bildirib ki, respublikanın regionlarında – Quba-Xaçmaz bölgəsində, cənub bölgəsində, xüsusilə Lerikdə, Daşkəsən-Gədəbəy zonasında, Naxçıvan Muxtar Respublikasında, dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib. Bu prosesin gün ərzində davam etməsi nəticəsində qar örtüyünün hündürlüyü daha da artacaq. Lakin yanvarın 25-də proses səngiyəcək və temperatur yüksələcək, ona görə də qar örtüyü davamlı olmayacaq.“Son illər hava şəraitinin dəyişməsi prosesi anomal keçir. Əgər ötən illər hava şəraitinin dəyişməsi 2-3 gün davam edirdisə, son illər bu proseslər çox qısamüddətli olur. Budəfəki dəyişiklik də qısamüddətli olacaq. Belə ki, yanvarın 25-i səhər saatlarından başlayaraq respublikanın əksər rayonlarında yağıntılar kəsiləcək. Bakıda və Abşeron yarımadasında yanvarın 25-26-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, yanvarın 24-ü ilə müqayisədə havanın temperaturu yenidən tədricən yüksələcək. Yanvarın 25-i gündüz saatlarında cənub-qərb küləyinin arabir güclənməsi proqnozlaşdırılır”, – deyə departamentin direktoru qeyd edib.Nazirliyin nümayəndəsinin sözlərinə görə, ötən illə müqayisədə bu il qış fəsli daha mülayim keçir: “Keçən ilə nisbətən yağıntılı günlərin sayında da azalma qeydə alınıb. Yağıntıların miqdarı normanın 9-58 faizini təşkil edir”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…