Azərbaycanda iyunun 29-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25°, gündüz 35-39° isti, Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacağı ehtimalı var.Atmosfer təzyiqi normadan aşağı – 753 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 25-26°, cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil və Şıxda 26-27° isti olacağı gözlənilir.Çimərliklərdə cənub-şərq küləyi əsəcək. Lakin temperaturun yüksəlməsi ilə əlaqədar günorta saatlarında Günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyiniz tövsiyə olunur.Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 20-25°, gündüz 37-42° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, iyulun 2-dək Abşeron yarımadasında isti hava dalğasının təsiri nəticəsində gündüz qızmar temperatur diskomfortu, bəzi saatlarda durğun hava şəraitinin olacağı ehtimal edilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…