Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu gözlənilən təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yayıb.Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi 18-23 metr/saniyə, arabir 27-32 metr/saniyə, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən noyabrın 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 metr/saniyə, arabir 25-30 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 33-38 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu noyabrın 11-də ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…