Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Xidmətdən Azərtac-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7° isti, bəzi günlərdə 0-2° şaxta, gündüzlər 7-12°, bəzi yerlərdə 15-18° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 20-27 millimetr) olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 3-5° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və bir qədər normadan aşağıdır. Gecələr havanın temperaturunun 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 7-12° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 17-20° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-44 millimetr) olacaq.Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 1° şaxtadan 2°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər normadan aşağıdır. Gecələr havanın temperaturunun 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 5-10°, yüksək dağlıq ərazilərdə 12-15° şaxta, gündüzlər 3-8° isti, bəzi yerlərdə 0-3° şaxta, üçüncü ongünlüyün bəzi günlərində 11-16° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 42-52 millimetr) bildirilir.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 5-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 16-21° isti təşkil olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 19-48 millimetr) ehtimalı var.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 1-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 1-6° isti, bəzi günlərdə 2-7°, dağlıq ərazilərdə 12-17° şaxta, gündüzlər 6-11°, bəzi günlərdə 15-20° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 23-90 millimetr) olacağı proqnozlaşdırılır.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 6-8° isti olacaq. Bu da iqlim normasına yaxındır. Gecələr 3-8° isti, bəzi günlərdə 0-3° şaxta, gündüzlər 9-14°, bəzi günlərdə 17-22° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 24-45 millimetr) proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 3-7° isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 4-9° isti, bəzi günlərdə 0-3°, dağlarda 3-8° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 16-21° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 56-112 millimetr) olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…