Avqustun 26-dan Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə ilk dəfə Sığorta festivalına start verilib.
Sentyabrın 7-dək davam edəcək ilk festival Bakı şəhəri Dənizkənarı Milli Parkda keçirilir. Festivalın Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki və Zaqatala regionlarında keçirilməsi nəzərdə tutulub. Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “edutatement” formatında təşkil olunub. Festivalda əhalinin iştirakı sərbəstdir.
Qeyd edək ki, festival Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə layihəsinin tərkib hissəsidir.
Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…