“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində məktəblilərin regionlara təşkil edilən yeddinci tur-aksiyasının cənub bölgəsi istiqaməti üzrə birinci mərhələsi başa çatıb.Ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində regionlara səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələr ilə yaxından tanış olublar.Azərtac xəbər verir ki, ölkəmizin cənub bölgəsinə səyahət edən Quba, Qusar, Xaçmaz, Qobustan, Ağdaş, Ağsu və Tərtər rayonlarından olan məktəblilər və onların müəllimləri martın 19-da Lənkəran şəhərindən yaşadıqları rayonlara yola düşüblər.Tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri yola salıblar.Cənub bölgəsindən zəngin təəssüratla ayrılan humanitar aksiyanın iştirakçıları ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…