Hazırkı dünya çempionu Maqnus Karlsen tərəfindən təşkil edilən “Lindores Abbey Rapid Challange” onlayn şahmat turnirinin ilk dörd turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, 4 turdan 3 xal toplayan amerikalı şahmatçılar Hikaru Nakamura, Uesli So, norveçli Maqnus Karlsen, rusiyalı Sergey Karyakin liderlər qrupunda qərarlaşıblar.Qeyd edək ki, yarış M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin ikinci mərhələsidir.Bundan əvvəl, aprelin 18-dən mayın 3-dək seriya turnirinin birinci mərhələsi – “Magnus Carlsen Invitational” turniri keçirilib. Yarışın qalibi M.Karlsen olub.Seriyanın üçüncü mərhələsi olan “Online Chess Masters” iyunun 20-dən iyulun 5-dək, dördüncü mərhələsi – “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək.Avqustun 9-dan 20-dək isə “Grand Final” keçiriləcək.Beş turnirdən ibarət seriya yarışının ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…