İyulun 15-də OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 20-ci iclası videokonfrans formatında öz işinə başlayıb.Azərtac xəbər verir ki, iclasda OPEC-in baş katibi Məhəmməd Barkindo “OPEC+” üzrə hasilatın azaldılmasının neft bazarına müsbət təsir göstərdiyini deyib.Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman isə neft bazarında tələbatın bərpa olunmağa başladığını deyib.İclasda “OPEC+”un Birgə Texniki Komitəsinin (JTC) dünən videokonfrans formatında keçirilən 42-ci iclasında səsləndirilən fikirlər müzakirə edilib.Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyunda sutkada xam neft hasilatını 164,2 min barrel azaldıb. Beləliklə Azərbaycan 164 min barrel həcmində olan öhdəliyini iyunda tam yerinə yetirib.“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalıdır.Qeyd edək ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, Azərbaycanda isə 164 min barrel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iyunun 6-da keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…