OPEC-dəki mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, OPEC+ alyansı neft hasilatının gündəlik 1 milyon barrelə qədər azaldılması məsələsini müzakirə edirlər, çünki neftin qiymətləri bir barrel üçün 70 dollara enir və bazar analitikləri diqqəti yeni tədarük bolluğuna yönəldirlər.
OPEC+ alyansı dünya xam neftinin təxminən 40 faizini nəql edir və onun qərarları qlobal neft qiymətlərinə böyük təsir göstərir. Təşkilatın daxilindəki mənbənin məlumatına görə, OPEC+ nazirlərinin iyunun 4-də Vyanada müzakirə edəcəyi variantlar arasında hasilatın azaldılması məsələsi də müzakirə ediləcək. Nazirlər bu ərəfədə iyunun 2-də də görüş keçiriblər.
Mənbə bildirib ki, apreldə gözlənilmədən elan edilən mövcud 2 milyon barrel və könüllü 1,6 milyon barrel kəsintilərə əlavə olaraq, ixtisarlar sutkada 1 milyon barrel ola bilər. Bununla bağlı qərarın qəbul ediləcəyi təqdirdə, ümumi azalmaların həcmi sutkada 4,66 milyon barrel olacaq ki, bu da qlobal tələbatın təxminən 4,5 faizini təşkil edəcək. Bundan öncə OPEC+ alyansında olan iki mənbə hasilatçı ölkələrin bu məsələdə razılığa gələcəyini gözləmədiklərini bildirmişdilər.
Qərb ölkələri OPEC+ alyansını neftin qiymətlərini manipulyasiya etməkdə və yüksək enerji xərcləri hesabına qlobal iqtisadiyyatı sarsıtmaqda ittiham edirlər. Bunun müqabilində, OPEC rəsmiləri və insayderləri Qərbin son on ildə izafi pul çap etməsinin inflyasiyaya səbəb olduğunu və neft hasil edən ölkələri əsas ixracatlarının dəyərini saxlamaq üçün hərəkətə keçməyə məcbur etdiyini bildiriblər. İraqın neft naziri Hayan Abdel-Qəni Vyanaya səfərdən əvvəl deyib: “Biz qlobal neft bazarında daha çox tarazlıq və sabitliyə nail olmaq üçün hər hansı bir qərar verməkdən çəkinməyəcəyik”.
Apreldə hasilatın azaldılmasına dair qərarın elan edilməsi neftin qiymətlərinin 1 barrel üçün təxminən 9 dollar bahalaşaraq 87 dollardan yuxarı qalxmasına səbəb olub. Lakin qlobal iqtisadi artım və tələblə bağlı narahatlıqların təzyiqi altında qiymətlər sürətlə aşağı düşüb. Keçən həftə Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman neftin qiymətlərini aşağı salan investorların “diqqətli olmaları” lazım gəldiyini söyləyib. Bir çox bazar müşahidəçiləri onun bu bəyanatını tədarükün yenidən azaldılması xəbərdarlığı kimi şərh edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…