İyunun 9-da Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 179-cu iclası keçiriləcək.Azərtac OPEC-ə istinadla xəbər verir ki, iyunun 10-da isə OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 9-cu görüşü təşkil olunacaq.Qeyd edək ki, martın 5-də OPEC Nazirlər Şurasının 178-ci iclasında kartel üzrə neft hasilatının sutkada 1 milyon barrel, “OPEC+” üzrə isə gündəlik 0,5 milyon barrel azaldılması qərarlaşdırılıb. Lakin “OPEC+” nazirlərinin martın 6-da keçirilən 8-ci görüşündə OPEC-in bu təklifi qəbul edilməyib. Mövcud razılaşmanın müddəti isə martın 31-də başa çatacaq.Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…