OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) Müştərək Texniki Komissiyasının (JTC) və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclaslarının vaxtı açıqlanıb.Azərtac xəbər verir ki, bu barədə qərar JMMC-nin noyabrın 17-də keçirilən 24-cü iclasında qəbul edilib. Belə ki, JTC-nin növbəti iclası dekabrın 16-da, JMMC-nin toplantısı isə gələn ayın 17-də keçiriləcək.Qeyd edək ki, Müştərək Texniki Komissiya JMMC-yə neft bazarındakı inkişaflarla bağlı tövsiyələr verir.Xatırladaq ki, Azərbaycan oktyabrda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib. Oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 675,2 min barrel olub. Bunun 587 min barrelini xam neft, 88,2 min barrelini isə kondensat təşkil edib.“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan oktyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta günlük 587 min barrel həcmində icra etməklə, “OPEC+” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…