OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) nazirlərinin iclası təxirə salınıb.Azərtac OPEC-ə istinadla xəbər verir ki, “OPEC+” nazirlərinin 18-ci iclası videokonfransla iyulun 5-də keçiriləcək.Qeyd edək ki, iyulun 1-də OPEC Konfransının 181-ci toplantısı videokonfrans formatında keçirilib. Həmin gün “OPEC+” nazirlərinin toplantısı olub. Lakin fikir ayrılıqları səbəbində neft hasilatına dair hər hansı qərar qəbul edilməyib.Ekspertlər “OPEC+”un qarşıdakı dövr üçün neft hasilatını gündəlik 400-500 min barel artıracağını gözləyirlər.Bəzi analitiklərin fikrincə isə fikir ayrılığı hasilatın ümumiyyətlə artırılmaması ilə də nəticələnə bilər. Yəni, koalisiya 2022-ci ilin aprelinədək hasilatı artırmaya bilər.Xatırladaq ki, ötən ay keçirilən “OPEC+” nazirlərinin 17-ci videogörüşündə iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…