OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsi (JTC) bu gün Vyanada toplantı keçirəcək.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, “OPEC+” koalisiyasının texniki mütəxəssisləri neftin qiymətinin kəskin ucuzlaşmasına hansı reaksiyanın veriləcəyini, koronavirusun bazara və neft tələbatına təsirini, buna cavab olaraq hansı tədbirlərin görüləcəyini qiymətləndirəcəklər.Bu yığıncaq kartelin neft məhdudiyyətlərinin nəzərdən keçiriləcəyi təcili nazirlər toplantısının ayın sonunda təşkilinin mümkünlüyünə qərar verməyə kömək edəcək.Xatırladaq ki, OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib.Qeyd edək ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. Belə ki, OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir.2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…