“Oslo Esports Cup” turnirində növbəti görüş keçiriləcək

27 Aprel 2022 09:34

Xəbər 357 dəfə oxunub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirində növbəti görüşünü keçirəcək.Şahmatçımız 6-cı turda Niderland təmsilçisi Yorden Van Forestlə qarşılaşacaq.Qeyd edək ki, Ş.Məmmədyarov ötən turda bu ölkənin digər şahmatçısı Aniş Giriyə qalib gəlib. Təmsilçimiz hazırda 6 xalla 8 şahmatçı arasında 6-7-ci pillələri bölüşür.Qeyd edək ki, turnirin mükafat fondu 210 min ABŞ dolları təşkil edir.xeber100.com