“Ötən günlər” tamaşasının premyerası keçirildi

29 Aprel 2025 22:21

Xəbər 212 dəfə oxunub

Aprelin 29-da Bakı Bələdiyyə Teatrının Özbəkistan yazıçısı, dramaturq Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası keçirildi.

Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bahrom Bahodiroviç  Aşrafxanovun təklifi əsasında hazırlanan “Ötən günlər” tamaşası Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan premyerada Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Xalq artisti, professor Firəngiz Qurbanova, Xalq artistləri-Rafiq Əzimov, Həmidə Ömərova, Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Ramazanov, eləcə də tanınmış mədəniyyət xadim­ləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tamaşa başlamadan öncə Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, daha sonra Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirildi.Daha sonra söz Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva verildi. G.Əfəndiyeva öz çıxışında  Azərbaycan və Özbəkistanın diplomatik əlaqələrindən, Bakı Bələdiyyə Teatrının yaradıcıları Xalq artistləri Amaliya Pənahova ilə Yusif Muxtarovun daima tarixi mövzulara müraciət etməsini və bu ənənənin hazırda da qorunmasını diqqətə çatdırdı. Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Ramazanov öz çıxışlarında iki ölkə arasında olan münasibətlərdən, Bakı Bələdiyyə Teatrının müraciət etdiyi əsərin, əsərdə baş verən hadisələrin öz aktuallığını hələ də qoruyub saxlamasını xüsusilə vurğuladılar.

Nəhayət tamaşaçıların alqış sədaları altında pərdə açılır və səhnəyə tamaşaçı auditoriyasını XIX əsrin ortalarında Özbəkistanda hökm sürən feodal cəmiyyətin, ədalətsiz ictimai quruluşun insanların həyatını cəhənnəmə çevirməsi təsvirini yaradan aktyorlar gəlir. Tamaşada bir əsr öncə baş verən hadisələrin öz aktuallığını qoruması  insanı düşünməyə vadar edir.

Qeyd edək ki, Azərbaycan-Özbəkistan mədəni əlaqələri hər il yeni müstəvidə inkişaf etdirilir. Belə mədəni hadisələrdən biri də Özbəkistan yazıçısı, dramaturq Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşadır.

Abdulla Qədirinin bu əsəri ilk dəfə XX əsr Azərbaycan dilçiliyinin görkəmli simalarından olan Xalid Səid Xocayev tərəfindən 1928-ci ildə tərcümə olunub. Yazıçı həmin dövrü “tarixin ən çirkin və qara günləri” adlandırır, mənəvi ehkamları ifşa edir, feodalizmin iyrənc üzünü açıb göstərir. Eyni adlı romanın motivləri əsasında hazırlanan pyesin müəllifi yazıçı, tərcüməçi Kənan Hacı, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Tamaşanın yaradıcı heyəti: Musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, rəqslərin quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğlu, kamança və neydə ifa sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadədir.

Tamaşada iştirak edirlər: Tural Əhməd (Atabəy), Rəşad Kəsəmənli (Hacı Yusif bəy), Hüsniyyə Mürvətova (Əməkdar artist-Özbək xanım), Sabirə Rüstəmzadə (Gümüş), Əfqan Soltanov (Əməkdar artist- Mirzəkərim), Səmayə Sadıqova (Əməkdar artist- Aftab xanım), Toğrul Rza (Divanə), İsmayıl Atakişiyev (Həsənalı lələ), Mehman Abdulla (Xudayar xan), Elməddin Zakirli (Həmid), Zülfiyyə Məmmədova (Zeynəb), Firəngiz Babayeva (Cənnət), Aydın Əliyev (Əməkdar artist- Çar polkovniki, Çar məmuru), Rəşid Soltanov (Naməlum adam).

HAŞİYƏ: Bakı Bələdiyyə Teatrının rəhbərliyi “Ötən günlər” səhnə əsərinin yaranmasında göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay xanım Əfəndiyevaya, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bahrom Bahodiroviç  Aşrafxanova, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Sadullayeviç Ramazanova, Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundova və “Azermash” CP baş direktoru Otabek Uluqbekoviç Saliyevə dərin təşəkkürünü bildirir.xeber100.com

 

“Ötən günlər” tamaşasının premyerası keçirildi

Aprelin 29-da Bakı Bələdiyyə Teatrının Özbəkistan yazıçısı, dramaturq Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası keçirildi. Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bahrom Bahodiroviç  Aşrafxanovun təklifi əsasında hazırlanan “Ötən günlər” tamaşası Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan premyerada Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Xalq artisti, professor Firəngiz Qurbanova, Xalq artistləri-Rafiq Əzimov, Həmidə Ömərova, Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Ramazanov, eləcə də tanınmış mədəniyyət xadim­ləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tamaşa başlamadan öncə Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, daha sonra Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirildi.Daha sonra söz Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva verildi. G.Əfəndiyeva öz çıxışında  Azərbaycan və Özbəkistanın diplomatik əlaqələrindən, Bakı Bələdiyyə Teatrının yaradıcıları Xalq artistləri Amaliya Pənahova ilə Yusif Muxtarovun daima tarixi mövzulara müraciət etməsini və bu ənənənin hazırda da qorunmasını diqqətə çatdırdı. Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Ramazanov öz çıxışlarında iki ölkə arasında olan münasibətlərdən, Bakı Bələdiyyə Teatrının müraciət etdiyi əsərin, əsərdə baş verən hadisələrin öz aktuallığını hələ də qoruyub saxlamasını xüsusilə vurğuladılar. Nəhayət tamaşaçıların alqış sədaları altında pərdə açılır və səhnəyə tamaşaçı auditoriyasını XIX əsrin ortalarında Özbəkistanda hökm sürən feodal cəmiyyətin, ədalətsiz ictimai quruluşun insanların həyatını cəhənnəmə çevirməsi təsvirini yaradan aktyorlar gəlir. Tamaşada bir əsr öncə baş verən hadisələrin öz aktuallığını qoruması  insanı düşünməyə vadar edir. Qeyd edək ki, Azərbaycan-Özbəkistan mədəni əlaqələri hər il yeni müstəvidə inkişaf etdirilir. Belə mədəni hadisələrdən biri də Özbəkistan yazıçısı, dramaturq Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşadır. Abdulla Qədirinin bu əsəri ilk dəfə XX əsr Azərbaycan dilçiliyinin görkəmli simalarından olan Xalid Səid Xocayev tərəfindən 1928-ci ildə tərcümə olunub. Yazıçı həmin dövrü "tarixin ən çirkin və qara günləri" adlandırır, mənəvi ehkamları ifşa edir, feodalizmin iyrənc üzünü açıb göstərir. Eyni adlı romanın motivləri əsasında hazırlanan pyesin müəllifi yazıçı, tərcüməçi Kənan Hacı, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşanın yaradıcı heyəti: Musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, rəqslərin quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğlu, kamança və neydə ifa sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadədir. Tamaşada iştirak edirlər: Tural Əhməd (Atabəy), Rəşad Kəsəmənli (Hacı Yusif bəy), Hüsniyyə Mürvətova (Əməkdar artist-Özbək xanım), Sabirə Rüstəmzadə (Gümüş), Əfqan Soltanov (Əməkdar artist- Mirzəkərim), Səmayə Sadıqova (Əməkdar artist- Aftab xanım), Toğrul Rza (Divanə), İsmayıl Atakişiyev (Həsənalı lələ), Mehman Abdulla (Xudayar xan), Elməddin Zakirli (Həmid), Zülfiyyə Məmmədova (Zeynəb), Firəngiz Babayeva (Cənnət), Aydın Əliyev (Əməkdar artist- Çar polkovniki, Çar məmuru), Rəşid Soltanov (Naməlum adam). HAŞİYƏ: Bakı Bələdiyyə Teatrının rəhbərliyi “Ötən günlər” səhnə əsərinin yaranmasında göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay xanım Əfəndiyevaya, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bahrom Bahodiroviç  Aşrafxanova, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Sadullayeviç Ramazanova, Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundova və “Azermash” CP baş direktoru Otabek Uluqbekoviç Saliyevə dərin təşəkkürünü bildirir.xeber100.com  

Aprel 29, 2025 22:21

Xalq artisti Yusif Muxtarovun doğulduğu gündür

Azərbaycan Radiosunun diktoru, Bakı Bələdiyyə Teatrının yaradıcılarından biri, Xalq artisti Yusif Muxtarovun doğulduğu gündür. Yusif Muxtarov 22 iyul 1941-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində -rejissor Adil İsgəndərovun kursunda təhsil alıb. 1964-1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya şirkətində - diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 30 il ərzində onun səsində lentə alınan 350-dən artıq ədəbi-ədii veriliş radionun Qızıl fonduna daхil olub. O, həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. Y.Muxtarov deyirdi ki, radionun öz dili, öz ahəngi var: “Hər şeydən əvvəl, radioda orfoqrafiya  qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları  təqdimatda əsas götürülməlidir”. Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili onun səsində təqdim olunur. Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə – rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayan sənətkar, hər üç filmdə bir-birindən fərqli xarakter yaradıb. Kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olan Y.Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olam Y.Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Böyük məsuliyyət hissilə öyrəndiklərini eyni həvəslə gənclərə öyrətməyin peşəkarı olan Y.Muxtarov geniş səs diapozonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi. Onun tanıyanlar deyirlər ki, Y.Muxtarov harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı. Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətlədirirdi. Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi. 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli aktrisa Amaliya Pənahova ilə birgə Bakı Bələdiyyə teatrını yaradıb. Ömrünün sonuna kimi Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub, bu sənət ocağının yaranmasında, fəaliyyətində və inkişafında böyük rol oynayıb. Bakı Bələdiyyə Teatrının Azərbaycan Ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 1999-cu ildə Türkiyənin İstanbul Hərbi-Hava Akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq teatr festivalının qızıl medalı ilə təltif edilib.xeber100.com

İyul 21, 2023 22:12

Musiqili Teatrda “Mənim günahım” tamaşası nümayiş etdiriləcək

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mənim günahım” tamaşası nümayiş etdiriləcək.Azərtac xəbər verir ki, Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa sevgi haqqında pritçadır. Tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan tamaşaya İradə Gözəlova quruluş verib.Səhnə əsərinin quruluşçu rəssamı Elnur Axundov, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.Tamaşada obrazları Əməkdar artistlər- Nərgiz Kərimova (Nurcahan), İlham Hüseynov (Sahib) və teatrın balet artisti Mələkxanım Səfərova (Ayqız) və başqaları canlandıracaq.Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina - Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkcə ərinə yox, həm də sənətinə qısqanır... Bəzən sənətə aşırı dərəcədə sevgi acınacaqlı nəticələr verir... Nurcahan səhnəyə yenicə qədəm qoyan balerinanın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü gənc balerinaya zərbə vurmaq üçün böyük bir günah işlədir. Sonra isə əməlindən peşman olub bu günahın mənəvi əzabını çəkir...Biletləri şəhərin bütün kino-teatr kassaları, “ASAN xidmət” mərkəzləri, eləcə də “İTicket.az” saytından əldə etmək olar.xeber100.com

Yanvar 14, 2020 13:55