Oktyabrın 24-də Özbəkistanda keçirilən Prezident seçkilərinin yekun nəticələri elan olunub.Özbəkistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, hazırkı dövlət başçısı Şavkat Mirziyoyev seçicilərin 80,12 faizinin səsini qazanıb.Seçkilərdə səs hüququ olan 19,86 milyon seçicinin 16,212 milyon nəfəri iştirak edib ki, bu da seçici fəallığının 80,4 faiz olduğu deməkdir.Prezident postu uğrunda mübarizə aparan Xalq-Demokratik Partiyasından Maqsuda Varisova səslərin 6,63 faizini toplayaraq ikinci, “Milli Dirçəliş” Demokratik Partiyasından Əlişir Kadırov 5,48 səslə üçüncü yerlərdə qərarlaşıblar. Ekologiya Partiyasından Narzulla Oblomuradov 4,14 faiz, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov isə 3,4 faiz səs toplayıb.Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti seçkilərdə müşahidəçi kimi iştirak edib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkilərin gedişini izləyiblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…