Daşkənddəki “Özbəkistan” Forumlar Sarayında Özbəkistanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Hökumətin, Senatın və Ali Məclisin üzvləri, səfirlər və beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də mərasimə qatılıb.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək mərasim iştirakçılarını və ölkədə yaşayan xalqların nümayəndələrini təbrik edib, müstəqilliyin qazanılmasında ölkənin birinci Prezidenti İslam Kərimovun müstəsna xidmətlərinin olduğunu deyib. Prezident əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində hökumətin gördüyü işlər barədə də danışıb. Ş.Mirziyoyev iqtisadiyyat, təhsil, səhiyyə və digər sahələrdə aparılan islahatlarla bağlı məlumat verib, iqtisadiyyatın inkişafı üçün müəyyənləşdirilən beş prioritet istiqamətdən bəhs edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…