“Palmeyras” komandası klublararası dünya çempionatının finalına yüksəlib

9 Fevral 2022 14:18

Xəbər 373 dəfə oxunub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib.İlk yarımfinal oyununda Braziliyanın “Palmeyras” komandası Misirin “Əl-Əhli” kollektivi ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Braziliya təmsilçisi turnirin finalına vəsiqə qazanıb.Yarımfinal mərhələsinin digər görüşü – “Əl-Xilyal” (Səudiyyə Ərəbistanı) – “Çelsi” (İngiltərə) matçı bu gün keçiriləcək.Fevralın 12-də yekun vurulacaq çempionatın hazırkı qalibi Almaniyanın “Bavariya” komandasıdır.xeber100.com