Prezident İlham Əliyevin ölkədə aqrar sektorun inkişafı ilə əlaqədar verdiyi tapşırıqlara uyğun olaraq, uzun illər fasilədən sonra Goranboyda ilk dəfə pambıq yetişdirilib. Bu günlərdə tarlalardan məhsul yığımına başlanılıb. Azərtac xəbər verir ki, rayon üzrə 200-dən çox fermer pambıq əkini aparıb və sahələrdə bol məhsul yetişib. Proqnozlara görə, hər hektardan 20-25 sentner məhsul gözlənilir. Rayonda pambığın satışı üçün tədarük məntəqəsi yaradılıb. Yığılan pambıq rayon ərazisində fəaliyyət göstərən qəbul məntəqələrinə kiloqramı 51 qəpikdən satılır. Goranboy Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Siyavuş Qurbanov deyib ki, toplanan pambıq burada tam hazır vəziyyətə gətirildikdən sonra emal müəssisələrinə təhvil verilir. Bu günədək fermerlərdən 15 ton pambıq qəbul olunub. Məhsulun vaxtında yığılması və məntəqələrə çatdırılması üçün istehsalçıların sərəncamına 4 pambıqyığan maşın və 26 traktoru verilib. Bu il 2 min hektarda pambıq əkib yetişdirən Goranboy fermerləri gələn il əkin sahələrini 5 min hektara çatdırmağı planlaşdırırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…