Paracüdo üzrə Qran-Pri yarışlarının ikinci gününə start verilib

24 Sentyabr 2019 12:29

Xəbər 427 dəfə oxunub

Sentyabrın 24-də Özbəkistanın paytaxtı Daşkənddə paracüdo üzrə Qran-Pri yarışlarının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, turnirdə Azərbaycan millisi də medallar uğrunda mübarizə aparır.Yarışların ikinci günündə kişilərin mübarizəsində ölkəmizi Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Əbdülxanlı (100 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) təmsil edirlər.Qadınların yarışında isə Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq) və Dürsədəf Kərimova (70 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.Xatırladaq ki, turnirin birinci günündə Namiq Abaslı (66 kq), Sevda Vəliyeva (57 kq) gümüş, Şahanə Hacıyeva (48 kq), Afaq Sultanova (57 kq) və Ramil Qasımov (73 kq) isə bürünc medal qazanıblar.xeber100.com