“Paris Sen-Jermen” futbol klubu yeni müqavilə imzalamayacaq

12 İyun 2020 13:19

Xəbər 726 dəfə oxunub

Fransanın “Paris Sen-Jermen” futbol klubu Erik Şupo-Motinqlə yeni müqavilə imzalamayacaq.Azərtac xəbər verir ki, Paris təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə iyunun sonunda başa çatacaq müqavilənin müddətini uzatmayacaq. Futbolçu avqustda bərpası planlaşdırılan UEFA Çempionlar Liqasında oynamayacaq və azad agent olacaq.Qeyd edək ki, Şupo-Motinq cari mövsümdə “Paris Sen-Jermen”in heyətində keçirilən 17 oyunda 5 qol vurub.xeber100.com