“Paris Sen-Jermen” futbol klubu yeni müqavilə imzalayıb

29 Mart 2019 11:57

Xəbər 677 dəfə oxunub

Fransanın “Paris Sen-Jermen” futbol klubu baş məşqçisi Tomas Tuxellə yeni müqavilə imzalayıb.Azərtac “L’Еquipe” nəşrinə istinadla xəbər verir ki, 45 yaşlı almaniyalı mütəxəssisin Paris təmsilçisi ilə yeni müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.Tomas Tuxelin hazırkı müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatır. O, Paris klubunu 2018-ci ilin yayından çalışdırır.Qeyd edək ki, “Paris Sen-Jermen” komandası hazırda Fransa çempionatında 28 oyundan sonra 77 xalla turnir cədvəlinə başçılıq edir.xeber100.com