“Paris Sen-Jermen” futbol klubu yeni transferini rəsmiləşdirib

8 İyul 2021 15:07

Xəbər 514 dəfə oxunub

Fransanın “Paris Sen-Jermen” klubu yeni transferini rəsmiləşdirib.Azərtac klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi İspaniyanın “Real Madrid” klubundan ayrılan Serxio Ramosla müqavilə imzalayıb.Otuz yaşlı müdafiəçi ikiillik sözləşməyə qol çəkib.Qeyd edək ki, 2005-ci ildən “Real Madrid”in formasını geyinmiş Serxio Ramos bu komandanın heyətində 5 dəfə İspaniya çempionu, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 4 dəfə İspaniya Super Kuboku və 1 dəfə klublararası dünya çempionluğu qazanıb. Həmçinin o, hərəyə 2 dəfə İspaniya kuboku və UEFA Super kubokunda qələbə sevinci yaşayıb.xeber100.com