“Paris Sen-Jermen”in futbolçusu “Barselona”ya dönmək istədiyini bildirib

23 İyun 2019 17:54

Xəbər 527 dəfə oxunub

Fransanın “Paris Sen-Jermen” klubunun ulduz futbolçusu Neymar komandanın prezidenti Naser El-Halaifiyə komandanı tərk edəcəyini və “Barselona”ya dönmək istədiyini bildirib. O deyib: “Mən artıq burada qalmaq istəmirəm. Tezliklə öz evimə (“Barselona”) dönmək istəyirəm. Oranı heç vaxt tərk etməməli idim”.Azərtac xəbər verir ki, bu xəbərdən sonra Naser El-Halaifi futbolçunu təşkil olunmuş mətbuat konfransında tənqid edib. O bildirib ki, komandaya hörmət etməyən və öz işinə peşəkarcasına yanaşmayan şəxslər klubdan gedə bilər.Neymar “Barselona” klubunda 2013-2017-ci illə mövsümündə çıxış edib. 2017-ci ildə “Paris Sen-Jermen” klubuna rekord məbləğdə 222 milyon avroya transfer olunub.Futbolçunu “Barselona” ilə yanaşı, “Real Madrid”ə heyətinə qatmaqda maraqlıdır.xeber100.com