Aprelin 7-də Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) parkur idman növünün təqdimat mərasimi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə çıxış edən ADBTİA-nın rektoru F.Hacıyev parkur idmanının gənclər arasında geniş təbliğ və tədris edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder parkur idmanı haqqında məlumat verərək deyib ki, idmanın bu növü 1980-ci illərdə hərbi maneə təlimlərinin verdiyi ilham nəticəsində yaranıb. Parkur bu gün akrobatik ekstremal idman növünə çevrilib. Bu idman növündə divar, baryerlər, ağaclar, pilləkənlər və s. elementlərindən maneə kimi istifadə olunur. İdmançılar qaçış, dırmanma, yellənmə, tullanma, təkanvermə və s. hərəkətlərdən istifadə edərək bu maneələri mümkün qədər effektli və sürətlə keçməlidirlər.Çıxışlardan sonra İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən “X-Trem Move” idman assosiasiyasının üzvləri Kevin Krupi və Yoann Roiq master klass və sərbəst qaçış hərəkətlərini təqdim ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…