Martın 3-də Estoniyada keçirilən parlament seçkilərinin qalibi ümumi səslərin 28,8 faizini toplayan müxalif partiya – Liberal İslahatlar Partiyası olub. Azərtac xəbər verir ki, Avropa Parlamentinin keçmiş üzvü Kaya Kallasın rəhbərlik etdiyi partiya hazırkı baş nazir Yuri Ratasın təmsil etdiyi respublikaçıları keçərək Rigikoquda ən çox mandata sahib olub.Baş nazirin partiyası ilə koalisiya təşkil edən sosial demokratlar və mühafizəkarlar isə müvafiq olaraq 9,8 və 11,2 faiz səs toplayıblar. Lakin hər iki partiyanın bu dəfə də islahatçılarla koalisiya qurub-qurmayacağı hələlik bəlli deyil.Yaxın günlərdə hazırkı baş nazir Yuri Ratasın da istefaya gedəcəyi bildirilir. Estoniya qanunlarına görə, parlament seçkilərində qalib gələn qüvvələr hökuməti qurmalıdır. Bu halda yeni baş nazirin məhz Kaya Kallas olacağı gündəmdədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…