İordaniya Müstəqil Seçki Komissiyası parlamentin Nümayəndələr Palatasına (aşağı palata) seçkilərin yekununu açıqlayıb. Müstəqil Seçki Komissiyasının sədri Xalid al-Kalaldi bildirib ki, İordaniya ərazisində bütün seçki məntəqələrinə 1 milyon 492 min 400 seçici gedib ki, bu ölkənin səsvermə hüququ olan əhalisinin 36,134 faizini təşkil edir. Seçki komissiyasının məlumatına görə, ölkədə 4 milyon 130 min 142 nəfər seçici seçkilərdə səsvermə hüququna malikdir. Seçki komissiyasının rəhbəri diqqətə çatdırıb ki, 775 min 684 kişi və 716 min 716 qadın seçkilərdə səs verib. Xalid al-Kalaldi xüsusilə vurğulayıb ki, 18-ci çağırış ölkə parlamentinə 20 qadın seçilib. Krallığın parlamentində 130 yerə 1252 namizəd – 253 qadın və 999 kişi iddialı olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…