Danimarka İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraq və Suriyaya 60 hərbi qulluqçudan ibarət xüsusi təyinatlı qrup göndərəcək.Azərtac xəbər verir ki, bu barədə məlumatı yerli KİV-lər Danimarkanın xarici işlər naziri Anders Samuelsenin bəyanatına istinadla yayıblar.Bu barədə qərar Danimarkanı İŞİD-ə qarşı mübarizə koalisiyasında öz iştirakını gücləndirməyə çağıran ABŞ-ın tələbinə cavab olaraq Krallığın parlamentində səsvermə yolu ilə qəbul edilib.Parlamentin qərarına əsasən, Danimarka genişləndirilmiş hərbi mandat çərçivəsində 60 xüsusi təyinatlı hərbi qulluqçudan ibarət qrupu, həmçinin ABŞ-ın təyyarədaşıyan gəmilərini müşayiət edəcək “Peter Willemoes” gəmisini İraq və Suriya regionuna göndərəcək. Qoşunların hərbi əməliyyatlar zonasına göndərilməsinin dəqiq vaxtı açıqlanmır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…