Parlamentlərarası dostluq qrupu təsis edilib

27 İyun 2022 12:39

Xəbər 244 dəfə oxunub

Əlcəzair Milli Xalq Məclisində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilib.Qrupun ilk iclasında Əlcəzair Milli Xalq Məclisinin sədr müavini Munzer Boden, Əlcəzair-Azərbaycan Dostluq qrupunun sədri Ğarbi Abdelbaset, millət vəkilləri və Əlcəzair Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya idarəsinin rəis müavini Lounas Taazibet, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırov iştirak ediblər.İclasda çıxış edənlər Əlcəzair və Azərbaycan arasında əlaqələrin inkişafında parlamentarilərin rolu, iki dost ölkənin qanunverici orqanları arasında əməkdaşlığın perspektivlərindən bəhs ediblər. Əlcəzairin millət vəkilləri azərbaycanlı həmkarları ilə birgə tədbirlərin, qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini də qeyd ediblər.Parlamentlərarası dostluq qrupunun ilk iclasında iştirakından məmnunluğunu ifadə edən R.Bağırov ölkəmizin inkişafı, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işləri barədə millət vəkillərinə ətraflı məlumat verib. Azərbaycanın diplomatik nümayəndəliyinin iki dost ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı istiqamətində hər cür dəstək göstərəcəyini qeyd edən diplomat, parlamentlərarası dostluq qrupunun üzvlərinə uğurlar arzulayıb.xeber100.com

 

Birləşmiş Millətlər Təşkilatının müstəmləkə altında olan 17 ərazini tanıyır

BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində təşkil edilmiş konfransda anti-müstəmləkəçi təşkilatlar Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb ediblər. BMT müstəmləkə altında olan 17 ərazini tanıyır. Bu siyahıda 2 dənizaşırı ərazi olsa da, Qvadelupanın adı yoxdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən 78-ci Baş Assambleyasına qatılan Qvadelupa nümayəndə heyəti Qvadelupa Milli Alyansı (ANG), Təzminat üçün Beynəlxalq Hərəkatı (MİR), Alternativ Siyasi Layihə Təşəbbüs Komitəsi (CIPPA), Qara Xalqlar Beynəlxalq Komitəsi (CIPN), Qvadelupa Qurtuluş Xalq Birliyi (UPLG), Qvadelupa Milli Azadlıq Cəbhəsi (FKNG) və Qvadelupa Xilas Kollektivi (KSG) kimi yerli siyasi təşkilatların nümayəndələrindən ibarətdir. Qvineya və Martinikdən olan həmkarları da Qvadelupa nümayəndə heyətinə qoşulub. Natali Mintaçi (Nathalie Minatchy, ANG) və Jan-Jakob Bisep (Jean-Jacob Bicep, UPLG) iclasda çıxış edərək, qvadelupalılar adından danışıblar. Qeyd ediblər ki, nümayəndə heyətinin tələbi Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsidir. UPLG-nin baş katibi Jan-Jacob Bicep çıxışında Qvadelupanın BMT-nin müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb etməklə yanaşı, təzminat ödənilməsini “dekolonizasiyanın əsas sütunu” kimi təqdim edib. “Dekolonızasyon: Sakit inqılab” adlı tədbirin yekun bəyannaməsi BMT-nin rəhbər orqanlarına göndərilib. Qvadelupanın UPLG siyasi təşkilatı ölkəsinin və Fransanın digər koloniyalarının müstəmləkə vəziyyətini beynəlxalq diqqət mərkəzinə gətirən və onları mövcud təcriddən çıxarmağa kömək edən bu böyük təşəbbüsü alqışlayıb. Xatırladaq ki, BMT-də faktiki olaraq dekolonizasiya üzrə Xüsusi Komitə mövcuddur. O, bütün dünyada öz suverenliyinə can atan və hələ də müstəmləkə altında olan ərazilərin tələblərini dəstəkləmək üçün məsuliyyət daşıyır. Bu günə qədər BMT iki milyona qədər insanın yaşadığı 17 ərazini hələ də müstəmləkədə olan ərazilər hesab edir. Fransanın dənizaşırı müstəmləkəsi olan - Qvineya, Polineziya və Yeni Kaledoniyanın da bu siyahıya əlavə edilməsi tələb olunur.xeber100.com

Sentyabr 24, 2023 14:59