Ölkənin aparıcı korporativ bankı PAŞA Bank tərəfindən ilk dəfə olaraq öz müştərisinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun kredit vəsaiti ayrılıb. Fondun şərtlərinə əsasən, qeyd edilmiş kredit üzrə faizlərin müəyyən hissəsi Fond tərəfindən ayrılan subsidiya hesabına ödəniləcək.PAŞA Bankın Kommersiya bankçılığı departamentinin direktoru Heydər Süleymanovun qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatının əsas sektorlarında həyata keçirilən islahatlar nəticəsində ölkədə biznes mühiti ilbəil yaxşılaşdırılır və biznesin inkişafı üçün şərtlər asanlaşdırılır:“İpoteka və Kredit Zəmanət fondunun müvəkkil bankı olaraq, PAŞA Bank sahibkarlara manatla ayrılan kreditlər üzrə hesablanmış faiz dərəcəsinin müəyyən hissəsi həcmində subsidiyadan yararlanmaq fürsəti yaradır. Beləliklə, ilk dəfə olaraq ticarət və xidmət sektorunda fəaliyyət göstərən PAŞA Bank müştərisi Fondun əlverişli şərtləri ilə ayrılmış vəsait hesabına biznesini daha da genişləndirmək imkanına malik olacaq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…