Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat” bu ilin yanvar-may ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Azərtac-a verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanan 5 aylıq hesabatın nəticələrinə əsasən, “PAŞA Həyat” tərəfindən ümumilikdə 71,711 milyon manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 38,679 milyon manat və ya 2,2 dəfə çox olub.Qeyd edək ki, “PAŞA Həyat” yığımlarının, eləcə də aktivlərinin həcminə (190,525 milyon manat) görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk yeri tutur.Bununla yanaşı, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə, şirkət tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 5,134 milyon manat və ya 51,4 faiz artaraq 15,119 milyon manata çatıb.Cari il iyul ayının 1-nə nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi” və digər könüllü həyat sığortası məhsulları təklif edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…