Cari ilin 9 ayında “PAŞA Həyat” tərəfindən ümumilikdə 112,192 milyon manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,389 milyon manat və ya 81,5 faiz çoxdur.Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnur Hüseynquluyev Azərtac-a bildirib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə, “PAŞA Həyat” tərəfindən 38,288 milyon manat həcmində ödəniş edilib. Ödənişlər müvafiq dövrlə müqayisədə 12,691 milyon manat və ya 50 faiz artıb.”PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari il sentyabrın 1-nə cəmiyyətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edib.Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi”, “Davamlı təhsil” adlı fərdi könüllü həyat sığortası məhsulları təklif edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…