Ölkənin ən iri həyat sığorta şirkəti olan “PAŞA Həyat” ASC 2017-ci ilin audit olunmuş, MHBS-yə (Maliyyə Hesabatlarının Beynəlxalq Standartı) uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.Şirkətin baş maliyyə inzibatçısı Dilarə Babayeva Azərtac-a bildirib ki, “PAŞA Həyat”ın hesabat ilindəki xalis mənfəəti 17.33 milyon AZN (2016-cı ilin nəticələri ilə müqayisədə 36,5 faiz artım) təşkil edib. Dekabrın 31-nə 2017-ci il tarixə olan hesabatına əsasən, məcmu aktivlərin həcmi 218.23 milyon AZN təşkil edib. Bu göstəriciyə görə hazırda Azərbaycanın ən iri sığorta şirkəti statusuna yiyələnən “PAŞA Həyat” aktivlərinin həcmini son 1 il ərzində 40 faizdən çox artırıb.Hesabata əsasən 2017-ci ilin sonuna şirkətin məcmu kapitalı 58.19 milyon AZN (+7,5 faiz), məcmu öhdəlikləri 160.04 milyon AZN (+58 faiz) olub.Ötən il ərzində şirkət 151.12 milyon AZN xalis sığorta premiyası toplamaqla bu göstəricini 2016-cı illə müqayisədə 2 dəfə üstələyib. Eyni zamanda, bu dövr ərzində “PAŞA Həyat” ASC tərəfindən müştərilərə 58 milyon AZN sığorta ödənişi edilməklə daha bir tarixi rekorda imza atılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…