Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ümumi təhsil məktəblərinin buraxılış sinif şagirdləri üçün “açıq qapı” günü keçirilib.Universitetdən Az’rtac-a bildiriblər ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov “açıq qapı” günü buraxılış sinif şagirdlərini bu ali məktəb və onun fəaliyyəti ilə tanış etmək məqsədilə keçirilir.Rektor ADPU-nun tarixi və fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, ADPU yarandığı vaxtdan ölkəmizdə elm və təhsilin inkişafına böyük töhfələr verib, yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. Hazırda universitetdə səkkiz fakültə, 39 kafedra, magistratura və doktorantura şöbəsi, davamlı təhsil və təlim şöbəsi, həmçinin “SABAH” qrupları fəaliyyət göstərir.Tədbirdə fakültə və kafedralarda, həmçinin ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) bu istiqamətdə görülmüş işlərə dair slayd təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…