Çinin paytaxtı Pekində beynəlxalq film festivalı başlayıb.Azərtac xəbər verir ki, bu il 8-ci dəfə keçirilən beynəlxalq film festivalı dünya kino sənayesinin tanınmış simalarını Pekinə toplayıb. Festivala 230-dan çox yerli və xarici film istehsalçısı, o cümlədən rejissor, aktyor, ssenarı müəllifi, habelə kino aləminin digər nümayəndələri qatılıb.Festivalın əsas hadisəsi isə 15 filmin “Tiantan” mükafatı uğrunda mübarizə apardığı müsabiqədir. Bu filmlər dünya üzrə müsabiqəyə təqdim edilən 659 film arasından seçilib. Çin, ABŞ, İsveç, Rumıniya və Polşadan olan tanınmış kino mütəxəssislərindən, rejissor və aktyorlardan ibarət münsiflər heyəti qalib filmləri seçəcək. Mükafat uğrunda mübarizə aparan həmin filmlərlə yanaşı, daha 300-dən çox film festivalın davam edəcəyi bir həftə ərzində Pekinin ən iri kinoteatrlarında nümayiş olunacaq. Bundan başqa, festivalın proqramına forumlar, seminarlar, karnaval, ustad dərsləri də daxildir.Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. Ölkədə hazırda 9914 kinoteatrda 53 min 824 kinoekran fəaliyyət göstərir ki, bu da sayca dünyada ən çoxdur. Hazırda dünyanın ən böyük ikinci kino bazarı olan Çində kassa yığımı 2003-cü ildən bəri hər il orta hesabla 35 faiz çoxalıb. Ötən il Çində kassa yığımı 8 milyard dollara yaxın olub. Mütəxəssislər hesab edir ki, 2020-ci ildə Çində film nümayişinin kassa yığımının ümumi məbləği 15 milyard dollara çatacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…