Fransada pensiya islahatı əleyhinə ümummilli etiraz nümayişləri davam edir. Həmkarlar ittifaqlarının çağırışı ilə bu gün fransızlar 14-cü etiraz nümayişinə çıxacaqlar. Ölkənin 250 şəhər və qəsəbəsində etirazçıların küçələrə axışacağı gözlənilir. Hökumət Parisdə 600 minədək, digər şəhərlərdə isə 70 minə qədər nümayişçi olacağını ehtimal edir. Paytaxtda nümayişçilər yerli vaxtla saat 14:00-da “İnvalides” muzeyin qarşısından “Place d’Italie” meydanına doğru irəliləyəcək.
Etiraz aksiyaları bir çox sektorlarda, xüsusilə də nəqliyyat sektorunda böyük problemlər yaradıb. Parisdə bütün ictimai nəqliyyat vasitələri iflic vəziyyətindədir. Həmçinin Orly və Charles–de–Gaulles, eləcə də Lion, Marsel, Nitsa, Tuluza, Bordo və Nant kimi şəhərlərdə hava limanlarının dispetçerləri tətil etdiyi üçün bir çox uçuşlar ləğv olunub.
Fransanın daxili işlər naziri J.Darmanən 4 mini Parisdə olmaqla, 11 min polis və jandarmın təhlükəsizliyi təmin etmək məqsədilə səfərbər olunduğunu bildirib.
Ölkədə siyasi mübarizə aylardır davam edir. İslahatın tətbiqi, eləcə də pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılması ilə bağlı iki fərman artıq rəsmi jurnalda dərc edilib. Milli Assambleya iyunun 8-də qanun layihəsinin bəzi bəndlərinin ləğv edilməsinə dair Liot qrupunun təklifini müzakirəyə çıxaracaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…