“Performance Center” şirkəti Çinin iki böyük markası – BAİC və JAC-ın Azərbaycandakı rəsmi distributorluğunu əldə edib.“Performance Center” şirkəti 1997-ci ildə “Chevrolet” və “Cadillac” avtomobillərinin Azərbaycandakı rəsmi distribüteri kimi fəaliyyətə başlayıb. 2019-cu ilin avqust ayında isə Özbəkistan istehsalı olan “Ravon” avtomobillərinin Azərbaycandakı rəsmi distribüterliyini alaraq, satışlarını həyata keçirməyə başlayıb.İndi isə öz şourumuna daha 2 beynəlxalq Çin avtomobil markasını qatmağa hazırlaşır. Məlumdur ki, son illərdə keçirilən beynəlxalq avtomobil sərgilərində Çin avtomobilləri öz innovativliyi və güclü xüsusiyyətləri ilə hər kəsin diqqətini çəkməyə başlamışdı. “Performance Center” şirkəti də bu fürsətdən istifadə edərək Çinin 2 böyük markası, BAİC və JAC ilə razılaşaraq, Azərbaycandakı rəsmi distribüterliyini əldə edib. Şirkət, həmçinin müştərilərin rahatlığı üçün onlara avtomobillərin ehtiyat hissələri və servis xidmətini də təklif edəcək.Şirkətin marketinq direktoru Fərid Məmmədli bildirib ki, yaxın zamanda avtomobillərin media və alıcılara təqdimatı olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…