Azərbaycan Premyer Liqasının XI turu “Qarabağ”la “Neftçi” üçün əlamətdar olub.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, hər iki komanda Azərbaycan çempionatları tarixində yubiley – 900-cü matçını keçirib.
1992-ci ildən təşkil olunan yarışın daimi iştirakçısı olan iki klub oyun sayında da mütləq rekordçudur. 32-ci mövsümdə 900-ə çatan yubilyarların ikisi də əlamətdar matçda uduzub. Yubileyini əzəli rəqibindən bir gün əvvəl qeyd edən “Neftçi” öz meydanında “Sabah”a 0:1, “Qarabağ” isə səfərdə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub.
Bu, 900 matçda 518 qələbə qazanıb, 208 heç-heçə edən Ağdam klubunun 174-cü məğlubiyyəti olub. Bakılılar isə 507 qələbə və 198 heç-heçə etdikləri dövrdə 195-ci dəfə xalsız qalıblar.
Qeyd edək ki, hər iki komandanın debütü ilk çempionata təsadüf edib. “Köhlən atlar” 1992-ci il mayın 3-də öz meydanında Sabirabad “İnşaatçı”sına 1:2 hesabı ilə uduzub. Beş gün sonra meydana çıxan paytaxt təmsilçisi evdə Sumqayıt “Xəzər”inə qalib gəlib – 1:0.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…