Peşəkar Futbol Liqasının məlumatına görə…

12 Mart 2018 14:22

Xəbər 1371 dəfə oxunub

“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb.Azərtac Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, müdafiəçi Azərbaycan Premyer Liqasının XIX turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub. Bu qol R.Abışovun Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub.R.Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”a çatıb.Müdafiəçi “Neftçi”nin tarixində 33-cü futbolçudur ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.Qeyd edək ki, futbolçu cari mövsümdə 3-cü qoluna imza atıb.xeber100.com