Peşəkar Futbol Liqasının məlumatına görə…

8 Avqust 2022 18:44

Xəbər 350 dəfə oxunub

Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib. Bu, Misli Premyer Liqasının I turuna təsadüf edib.Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Şamaxı” ilə səfər görüşü Bakı klubunun yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Emin ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.Mahmudov Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.xeber100.com