Peşəkar Tennisçilər Assosiasiyası (ATP) yeni mövsümün ilk 3 ayı üçün təqvimi açıqlayıb.Azərtac xəbər verir ki, Fransa mətbuatına görə, kişi tennisçilər arasında mövsümün ilk yarışı yanvarın 4-də Amerikanın Florida ştatındakı Delrey-Biç şəhərində keçiriləcək. “Australian Open”in iştirakçıları 14 günlük karantində qalmaq üçün artıq yanvarın 15-dən Avstraliyaya gəlməlidirlər. Turnir fevralın 8-də başlayacaq. Avstraliya açıq çempionatının təsnifat mərhələsində çıxış edəcək tennisçilər fevralın 1-də Əbu-Dabidə qüvvələrini sınayacaqlar.Mövsüm ərzində “Böyük dəbilqə” seriyasının ilk turnirindən sonra tennisçilər fevralın sonunda Monpelye və Kordoba, martın 1-dən 7-dək Rotterdam və Buenos Ayres, 15-dən 21-dək isə Akapulko və Dubay turnirlərində çıxış edəcəklər. Həmin dövrdə keçirilməli olan Oklend, Puna, Nyu-York, Rio-de-Janeyro və İndian Uells turnirləri ləğv ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…