2017-ci ilin ikinci rübündə smartfon və planşetlərə edilən kiberhücumların həcmi 40 faiz yüksəlib.Azərtac xəbər verir ki, “Avast” antivirus istehsalçısının məlumatına görə, cari ilin aprel-iyun aylarında mobil qurğu istifadəçilərinə edilmiş haker hücumlarının orta həcmi 1,7 milyonadək artıb. Ötən ilin ikinci rübündə bu göstərici 1,2 milyona bərabər olub.“Avast” şirkətinin əməkdaşları 788 müxtəlif virus aşkar ediblər ki, bu da ötən illə müqayisədə 22,2 faiz çoxdur. Şirkət, həmçinin zərərverici proqramların ən geniş yayılmış növlərini açıqlayıb.Cari ilin ikinci rübündə mobil kiberhücumların təxminən 22,8 faizi ruterlərin (qurğu üzərində tam nəzarəti ələ keçirmə) köməyi ilə həyata keçirilib.Həmçinin sosial mühəndislik mexanizmlərindən istifadə edən proqramların payı 22,8 faiz təşkil edir. Belə ki, qurbanlar aldadılaraq onların cihazına zərərverici proqramlar qurulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…