İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kuboku turniri davam edir.Azərbaycan Atçılıq Federasiyasından (ARAF) Azərtac-a verilən məlumata görə, altı komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycanı “Land of Fire” komandası təmsil edir.Yanvarın 27-də start götürən yarışda təmsilçimiz bu gün ikinci matçına çıxıb. İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəlib. Hesabda geri düşən “Land of Fire” komandası oyunda geridönüş edərək yekunda 4:2 hesabı ilə qalib gəlib. Beləliklə, təmsilçimiz turnirin final matçına vəsiqə qazanıb. Həlledici görüşdə rəqib “Clinique La Prairie” komandası olacaq.Final matçı yanvarın 30-da baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.Qeyd edək ki, Azərbaycan komandasının heyətində dörd idmançı – kapitan Elçin Camallı, Tito Qaudenzi, Adrian Laplaset və Raul Laplaset mübarizə aparırlar.Oyunların keçirildiyi meydanın yaxınlığında Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş çadır quraşdırılıb. Milli adət-ənənələrimizə uyğun şəkildə bəzədilən çadırda Azərbaycanın milli mətbəxinin nümunələri, müxtəlif növ şirniyyatlar, ölkəmizin tarixi arxitekturası, mədəniyyəti və turizm potensialı qonaqlara və yarış iştirakçılarına nümayiş olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…