Polşa – Azərbaycan görüşünə hakim təyinatları açıqlanıb

15 Fevral 2023 15:38

Xəbər 351 dəfə oxunub

Futzal üzrə dünya çempionatının əsas mərhələsinin altıncı qrupunda keçiriləcək Polşa – Azərbaycan görüşünə hakim təyinatları açıqlanıb.

Azərbaycan Futzal Federasiyası xəbər verir ki, martın 7-də Koszalin idman zalında keçiriləcək oyunu Estoniya və Latviyadan olan hakimlər idarə edəcəklər.

Matçın əsas hakimi Yaqnar Yakobson (Estoniya) olacaq. Ona İnqus Purins (Latviya) və Qriqori Oşomkov (Estoniya) kömək edəcəklər. Matçın hakim-inspektoru Silvo Borosak (Sloveniya), UEFA nümayəndəsi Joao Roça (Portuqaliya) olacaqlar.xeber100.com