Polşa Ukraynanı öz arsenalında olan “MiQ-29” qırıcıları ilə təchiz etməyə hazırdır

8 Mart 2023 14:33

Xəbər 36 dəfə oxunub

Polşa Ukraynanı öz arsenalında olan “MiQ-29” qırıcıları ilə təchiz etməyə hazırdır. Bunu CNN telekanalına müsahibəsində Polşa Prezidenti Andjey Duda deyib. “Biz Hərbi Hava Qüvvələrimizdə xidmətdə olan “MiQ-29” təyyarələrini verməyə hazırıq. Əminəm ki, Ukrayna onlardan istifadə edə biləcək. Çünki hazırda Ukraynada bunları idarə edə biləcək pilotlar var”, – Duda bildirib. Duda əmindir ki, gələcəkdə Ukrayna “F-16”-ları da tədarük etməli olacaq. “İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə “F-16”-dan istifadə edəcək. Ona görə də pilot hazırlığı indi çox vacibdir”, – o əlavə edib.xeber100.com